<

Elmar Qasımov finala yüksəldi

15:03 - 16 Avqust 2022

Elmar Qasımov finala yüksəldi

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.

81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb.

100-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bürünc medal uğrunda görüşə çıxacaq.

1/4 finalda məğlub olan qadın cüdoçular - Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.


Xəbər xətti

27 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin