Suriyadan Türkiyə ərazisinə raketlər atıldı - FOTO/VİDEO

14:54 - 16 Avqust 2022

Suriyadan Türkiyə ərazisinə raketlər atıldı - FOTO/VİDEO

Suriyanın Münbiç bölgəsindən Türkiyənin Karkamış rayonuna (Qaziantep) raketlər atılıb.

 

Manset.az oxu.az-a istinadə xəbər verir ki, hücum PKK/YPG terrorçuları tərəfindən həyata keçirilib.

Ümumilikdə əraziyə altı raket atılıb, ancaq onlar boş sahəyə düşüb.

Bununla belə, yerli hökumət nümayəndələri sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər.

Hücuma Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal cavab verilib.

Qaziantep valisi Davud Gül baş verənlərlə bağlı sosial media hesabından açıqlama verərək ölən və yaralanın olmadığını vurğulayıb.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin