<

Jurnalist Zemfira Süleymanova Donetskdə ÖLDÜ

13:52 - 16 Avqust 2022

“Donetsk Xalq Respublikası”nda rusiyalı jurnalist Zemfira Süleymanova minanın partlaması nəticəsində ölüb.

 

Manset.az "lent.az"a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Semyon Peqov öz teleqram kanalında məlumat verib.

“Hərbi müxbir kimi yeni fəaliyyətə başlayan Zemfira Süleymanova, Eduard Limonovun “Fərqli Rusiya” partiyasının fəalı (ölkədə qadağan olunmuş Milli Bolşevik Partiyasının üzvləri tərəfindən yaradılıb – red.) Donbasa bu yaxınlarda gəlib. Əsl hərbi journalist olmaq üçün humanitar yardımla məşğul olurdu”, - Pegov yazıb.

O, mərhum jurnalistin “çox gənc olduğunu” da qeyd edib.


Xəbər xətti

5 Oktyabr 2022