Ukraynadan çıxan və İstanbuldan keçən ilk taxıl gəmisi YOXA ÇIXDI

12:31 - 16 Avqust 2022

Ukraynadan çıxan və İstanbuldan keçən ilk taxıl gəmisi YOXA ÇIXDI

Ukraynanın Beyrutdakı səfirliyi Livandan göndərildikdən sonra limanlarını tərk edən ilk taxıl yüklü gəmi “Razoni”nin aqibətindən xəbərsizdir.

 

Manset.az oxu.az-a istinadən xəbər veir ki, “Razoni”nin yükünü Livanda alınmadığı üçün başqa yerə satdığı iddia edilir.

Avqustun 1-də Odessadan yola çıxan və içərisində Ukrayna qarğıdalısı olan Syerra-Leone bayraqlı “Razoni” gəmisi Türkiyədə yoxlanılıb. Toyuq yemi olaraq istifadə ediləcək 26 ton qarğıdalını Livandakı alıcı müqavilənin müddət ərzində yerinə yetirilməməsi səbəbindən almayıb.

“Razoni” adlı gəmidən son 3 gündür xəbər yoxdur. Heç bir izləmə cihazı olmayan gəmi sonuncu dəfə Kipr adasının şərq sahilində görünüb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin