Krımda yanğın və partlayışlar oldu - VİDEO

11:39 - 16 Avqust 2022

Krımda yanğın və partlayışlar oldu - VİDEO

Krımın Cankoysk rayonunda partlayışlar və genişmiqyaslı yanğın olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərbi hissələrdən birinin müvəqqəti saxlanc meydançası ərazisində yanğın baş verib. Yanğın nəticəsində saxlanılan döyüş sursatları partlamağa başlayıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə region başçısı Sergey Askenov teleqram kanalında bildirib.

İki minə yaxın insan hadisə yerindən təxliyə edilib, bəzi evlərə ziyan dəyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin