İran Ermənistanla birgə PUA təlimləri keçirir - FOTO

11:07 - 16 Avqust 2022

İran Ermənistanla birgə PUA təlimləri keçirir - FOTO

İranın Kaşan aviabazasında Ermənistan, Rusiya və Belarus hərbçiləri birgə təlimlər keçirirlər.

 

Manset.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalı xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələri birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.

Təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşanda PUA təlimlərinin bu gündən “elektrikli və porşenli mühərriklər” sahəsində təşkil olunduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.

Bundan əvvəl ABŞ rəsmiləri mediaya verdikləri müsahibədə bildirmişdilər ki, İran bir neçə həftə əvvəl bu ölkədə onun pilotsuz döyüş təyyarələrindən istifadə etmək üçün Rusiya qüvvələrinə təlim keçib.

Daha öncə ABŞ rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya Ukraynadakı müharibədə İranın pilotsuz döyüş təyyarələrindən istifadə etməyə çalışır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin