Ermənistanda yüksək vəzifəli general İŞDƏN ÇIXARILDI

13:49 - 2 Avqust 2021

Ermənistanda yüksək vəzifəli general İŞDƏN ÇIXARILDI

Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan tutduğu vəzifədən azad edilib.

Manset.az “Aysor”a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-də N.Paşinyan A.Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə qərar imzalamışdı. O, bu təyinata qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, iyulun 20-də Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Ona görə də A.Karapetyan müdafiə naziri səlahiyyətlərini də icra edirdi. Onun müdafiə naziri təyin ediləcəyi gözlənilirdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin