1 500-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib

12:51 - 2 Avqust 2021

1 500-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir.

Manset.az  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, monitorinq qrupları bu günə qədər 1 500-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə bəzi qayda pozuntularına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır.

Ümumiyyətlə, bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 193 mindən çox qonağın müvafiq sənədləri araşdırılıb, 20 min nəfərə yaxın şəxsdə qanun pozuntusu halları aşkarlanıb. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 800 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb, həll edilə bilən nöqsanlar yerindəcə aradan qaldırılıb və şənlik mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub. Nümunəvi toy məclislərində yeni ailə quranlara monitorinq qrupları tərəfindən hədiyyələr təqdim ediblər.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, müəyyən edilmiş qayda və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin