70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024
14:31 - 12 Avqust 2022
6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Bu gün Azərbaycanın inkişafı yalnız paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da aydın müşahidə edilir. Əvvəlki dövrlə müqayisədə bölgələrimiz əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.
İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanan Azərbaycan gələcək inkişaf strategiyasını regionda yaranmış yeni reallıqlar, yəni postmüharibə dövrünün çağırışlarına uyğun müəyyən edib.
Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüağ çıxaran Prezident İlham Əliyevin müəllifi olduğu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” inkişaf strategiyası növbəti 10 il üzrə yüksəlişimizin yol xəritəsi hesab edilir.
Millət vəkili Aydın Hüseynov bildirir ki, regionların sosial-iqtisadi inkişaf dövlət proqramı həyata keçiriləcək uğurlu layihələrə zəmin yaradıb:
“Hələ prezident İlham Əliyev ilk dəfə prezident seçilərkən elan edib ki, regionların sosial-iqtisadi inkişafına nail olunacaq.
2004-cü ildə regionların sosial-iqtisadi inkişaf dövlət proqramı qəbul olundu. Hazırda artıq 4-cü proqramın icrası gedir. Ölkə prezidentinin birbaşa müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı var ki, 1-ci proqram 2004-cü ildə qəbul olundu. Artıq 4-cü dövlət proqramının icrası çox qaneedici şəkildə həyata keçirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ən başlıca məqsədi regionların tarazlı inkişafının təmin olunması, regionlarda sosial infrastrukturların tezliklə yenilənməsi, bərpa olunması, yol-nəqliyyat strukturu, kommunikasiyalar və s. - bunlar, eləcə də enerji təminatı və bunların təchiz olunmasıdır”.
A.Hüseynov əlavə edib ki, digər strateji məqsəd isə, qeyri-neft sektorunun inkişaf etdirilməsi, neftdən gələn gəlirlərin çox düzgün şəkildə istiqamətləndirilməsi regionların inkişafına nail olunmasıdır:
“Həqiqətən qeyri-neft sektorunda biz çox mühüm nailiyyətlər əldə etmiş olduq. İndi dövlət büdcəsinin gəlirlərində və ümumdaxili məhsulda getdikcə qeyri-neft sektorunun həcmi daha da artır və burada regionların rolu nəzərə çarpacaq dərəcədə müsbət meyillərlə müşahidə olunur.
Hazırda biz görürük ki, ölkə prezidenti regionlara səfər edir, hər səfəri çərçivəsində yeni müəssisələr işə salınır, yeni sənaye müəssisəsi, kənd təsərrüfatı müəssisələri, sosial təminatlı müəssisələr olsun, bunlar fəaliyyətə başlayır.
Azərbaycan indi iqtisadi rayonlara bölünüb. Hər bir iqtisadi rayonun spesifikliyi, əmək ehtiyatları, təbii resursları nəzərə alaraq orada dövlət proqramı çərçivəsində işlər həyata keçirilir”. Millət vəkili vurğulayıb ki, ərazilərimiz işğaldan azad olunandan sonra Qarabağ iqtisadi rayonu və şərqi Zəngəzur iqtisadi rayonu da fəaliyyətə başlayıb:
“Orada da bu inzibati-iqtisadi bölgü yaradılıb və çox intensiv şəkildə işlər həyata keçirilir. Qarabağda görülən son 2 ilə yaxın müddət ərzində görülən işlər bəlkə də dünyanın heç bir yerində görülmür. Biz Zəfər Yolunun çəkilişi, orada bütün infrastrukturların lazımi qaydada bərpa olunması elektrik enerjisi təchizatı, Füzulidə fəaliyyət göstərən hava limanı, indi Zəngilanda hava limanı fəaliyyətə başlayacaq. "Ağıllı kənd" layihələrinin həyata keçirilməsi, eləcə də kənd təsərrüfatı istiqamətində xeyli işlərin görülməsi və ən başlıcası isə, Zəngəzur dəhlizinin işə salındıqdan sonra bunun daha da böyük bir nəqliyyat logistikasını üzərinə götürmə missiyasının yüksək dərəcədə təmin olunacağının şahidi olacayıq.Biz görürük ki, doğrudan da Qarabağ və şərqi Zəngəzurda görülən işlərin həcmi hədsiz dərəcədə böyükdür. Digər regionlarımızda da böyük işlər həyata keçirilir. Regionlarımızda sənaye məhəllələri, sənaye parkları, aqrar birliklər fəaliyyət göstərir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün regionlarda fermerlərə subsidiyaların verilir, sahibkarlar üçün güzəştli kreditlərin ayrılır. Bütövlükdə artıq hər bir regionun özünün spesifikliyi, iqtisadi potensialı, əmək ehtiyatları nəzərə almaqla tərtib olunan 4-cü dövlət proqramı çərçivəsində çox mühüm, böyük nailiyyətlər əldə olunub ki, bu da getdikcə regionların iqtisadi inkişafını təmin etmiş olur. Getdikcə artıq bizim rayonlarımız, xüsusilə kənd rayonlarımız dövlət büdcəsindən dotasiyanı getdikcə azlır. Onlar öz xərclərini yerli gəlirlər hesabına təmin etmiş olur. Bu da atılan çox mühüm addımlar sırasındadır”.
Aysel Xankişiyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin