Bu ölkə Ukraynaya qırıcılar göndərəcək

22:49 - 13 Avqust 2022

Bu ölkə Ukraynaya qırıcılar göndərəcək

Slovakiya hökuməti Ukraynaya MiQ-29 qırıcıları verəcək.

Manset.az xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb. 

Slovakiyanın müdafiə naziri Yaroslav Najın sözlərinə görə, döyüş təyyarələri gələn ay Ukraynaya yola düşəcək. Eyni zamanda o bildirib ki, onların əvəzinə Slovakiya Avropa İttifaqından pul və ya NATO-dan hərbi texnika alacaq.

Bundan əlavə, Naj döyüş təyyarələrinin yüz milyonlarla avro dəyərində olduğunu deyib. Eyni zamanda, o, Ukraynaya köçürməyi planlaşdırdıqları təyyarələrin sayını açıqlamayıb. İlkin məlumatlara görə, 11 və ya 12 qırıcıdan söhbət gedir. 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin