Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

10:09 - 2 Avqust 2021

Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Manset.az-a  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin