"Dostlarımın 90 faizi ölüb, əlimdə qalan Rasim Balayev, Elxan Qasımovdur..." - Xalq artisti (VİDEO)

14:30 - 13 Avqust 2022

"Ceyhun Mirzəyev mənim üçün çox dəyərlidir. Biz onunla tələbə yoldaşı olmuşuq. Daha sonra uzun illər həmkar olub birlikdə çalışmışıq. Eyni zamanda o, ailəmin qurulmasında xüsusi xidməti olan dostumdur".


Manset.az xəbər verir ki, bu sözləri "O üz" verilişinə müsahibəsində Xalq artisti Şeyx Əbdül (Əbdül Mahmudov) söyləyib. Həmkarı mərhum Ceyhun Mirzəyevlə bağlı xatirələrini bölüşən aktyor onun çox təvazökar, intellektual insan olduğunu bildirib.

Xalq artisti onunla bir sənətə gələn aktyorların çoxunun artıq vəfat etdiyini və həyatda olmadıqlarını vurğulayıb:

"Mən çox vaxt xatirələri danışıram. Hərdən fikirləşirəm ki, ilahi, günahım nədir ki, dostlarımın 90 faizi ölüb. Mən isə qalmışam, xatirələrdən danışıram. Xatirələr məni çox kövrəldir. Çünki biz həmin adamlarla 50-60 il çalışmışıq. Birdən ayılıram ki, o adamlar artıq yoxdur. Əlimdə qalan Rasim Balayev, Elxan Qasımov, Ənvər Həsənovdur. Biz 45-50 il bir yerdə çalışmışıq".

Ətraflı videoda:


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin