"Türk Hava Yolları"nın təyyarəsi tüstü sensoruna görə Bakı aeroportuna eniş etdi

10:06 - 13 Avqust 2022

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Bu barədə Manset.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin