“Almaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir” - Hikmət Hacıyev
24 Noyabr 2024
09:05 - 13 Avqust 2022
Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran üç nəfərdən ibarət oğru dəstə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Zahid İsmayılov, Pərviz Dəmirov və Murad Nəzirov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, evdən oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xeyrulla Babayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı külli miqdarda heroin və metamfetamin, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin