Qubada ağır qəza: 2 nəfər öldü 3 yaralı var

07:50 - 2 Avqust 2021

Qubada ağır qəza: 2 nəfər öldü 3 yaralı var

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.

 

Məlumata görə, “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.//report.az//


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin