Güləşçilərimiz Olimpiyadada mübarizəyə BAŞLAYIR

07:24 - 2 Avqust 2021

Güləşçilərimiz Olimpiyadada mübarizəyə BAŞLAYIR

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Manset.az xəbər verir ki, Olimpiyadanın 11-ci günündə 22 dəst medal sahibini tapacaq.

Azərbaycan yığmasının da üç idmançısı mübarizə aparacaq. Onlardan güllə atıcısı Ruslan Lunyov ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Bir gün əvvəlki birinci təsnifat mərhələsində uğursuz olan Lunyov əvvəlcə final mərhələsinə vəsiqə qazanmaq üçün atəş açacaq. İdmançımız Tokioda son şansında “altılığ”a düşməyi bunu bacarsa, medal qazanmağa çalışacaq.

Bu gündən Tokio-2020-də güləşçilərimiz də mübarizəyə başlayacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov və qadın güləşçimiz Elis Manolova bir gün sonra baş tutacaq həlledici mərhələyə vəsiqəyə sahib olmağa çalışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin