İsveç qırmızı bülletenlə axtarılan şəxsi Türkiyəyə verəcək

21:04 - 11 Avqust 2022

İsveç qırmızı bülletenlə axtarılan şəxsi Türkiyəyə verəcək

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri üçün Madriddə imzaladığı üçtərəfli çərçivəsində İsveç Türkiyəyə ilk ekstradisiyasını edəcək.

Manset.az İsveçin dövlət televiziyası SVT-yə istinadən xəbər verir ki, Türkiyə tərəfindən dələduzluqda ittiham olunaraq qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxs təhvil veriləcək. İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson Ali Məhkəmənin qərarını qiymətləndirərkən bunun adi bir vəziyyət olduğuna diqqət çəkib.

Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb. Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi iddia edilib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin