Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
20:49 - 1 Avqust 2021
Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayının 8-ə, yaralıların sayının isə 864 nəfərə yüksəldiyini söyləyib.
Manset.az xəbər verir ki nazir bu barədə sosial şəbəkədə bildirib.
"Manavqatda (Antalya vilayəti) yanğınlar nəticəsində cəmi 7 itkimiz var. Yanğın zamanı xəsarət alan 507 nəfərdən 497-si evə buraxıldı. Marmaris və Bodrumda baş verən yanğınlardan zərər çəkmiş 203 nəfərdən 186-sı evə buraxıldı. Marmarisdə bir ölü var. Mersində yanğın zamanı xəsarət alan 154 nəfərin hamısı müalicəsi bitdikdən sonra evə buraxıldı", - deyə Koca tvitterdəki hesabında yazıb.
Daha əvvəl meşə yanğınlarının 7 qurbanı və 410 nəfərin yaralandığı bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin