Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırdı

20:03 - 1 Avqust 2021

Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırdı

Spirtli içki aludəçisi olan ata Sumqayıtda oğlu və gəlinin yaşadığı evi yandırıb

 Manset.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdıyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bildirilir ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.(APA)


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin