Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatdı

18:21 - 1 Avqust 2021

Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatdı

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Qeyd edilir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin