Azərbaycan yanğınsöndürənləri Türkiyədə daha bir kəndi yanğından xilas etdi

17:46 - 1 Avqust 2021

Azərbaycan yanğınsöndürənləri Türkiyədə daha bir kəndi yanğından xilas etdi

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda günlərdir davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verməmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının, o cümlədən yanğınsöndürənlərimizin qardaş ölkədəki uğurlu fəaliyyəti davam etməkdədir.

Manset.az xəbər verir ki, ölkə başçısının tapşırığına əsasən Türkiyəyə göndərilən yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda daha bir kəndi yanğın təhlükəsindən xilas edib.

Bundan əlavə, bölgədə alışma müşahidə olunan daha bir ərazidə yanğın ocağı yanğınsöndürənlərimiz tərəfindən söndürülüb.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin