Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardım göstərməyə hazırdır" - Ceyhun Bayramov

17:10 - 1 Avqust 2021

Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardım göstərməyə hazırdır

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Manset.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Xəbər xətti

5 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin