Ucarda karantin qaydalarının pozulduğu toylar aşkarlandı

16:31 - 1 Avqust 2021

Ucarda karantin qaydalarının pozulduğu toylar aşkarlandı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində Alpout, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin  verilən məlumata görə, qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb. Qeyd edilir ki onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin