Türkiyə Yunanıstana nota verdi

16:13 - 1 Avqust 2021

Türkiyə Yunanıstana nota verdi

Türkiyə Yunanıstana nota verib.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ədirnə vilayətində Yunanıstan tərəfindən mülki geyimli şəxslərin açdıqları atəş nəticəsində Türkiyə vətəndaşının qətlə yetirilməsidir.

Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bununla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

Qeyd edək ki, dünən axşam saatlarında Ədirnə vilayətinin Meriç rayonunun Adasarhanlı kənd sakinləri Mehmet Durğun (43) və Süleyman Şener (60 sərhəd xəttində yerləşən Meriç çayının sahillərinə gediblər.

Yunanıstan tərəfindən açıldığı iddia edilən atəş nəticəsində Mehmet Durğun üzündən güllə yarası alıb və hadisə yerində həlak olub. Süleyman Şener hadisədən dərhal sonra kənd mərkəzinə gələrək bu barədə məlumat verib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin