Müdafiə Nazirliyi məlumat yaydı - Döyüş hazırlığının səviyyəsi artırılır

12:15 - 1 Avqust 2021

Müdafiə Nazirliyi məlumat yaydı - Döyüş hazırlığının səviyyəsi artırılır

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz olaraq xidmət aparılır və yüksək səviyyədə döyüş növbətçiliyi təşkil olunur.
Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar xidməti-döyüş fəaliyyəti təkmilləşdirilir.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin