Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
09:44 - 1 Avqust 2021
"Son beş gün ərzində Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb”.
Manset.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir.
“Ölkəmizdə hər il orta hesabla 2500-3000 yanğın qeydə alınır. Keçən il səkkiz böyük yanğın hadisəsi meydana gəlmişdi.
Yanğınsöndürənlərimiz yorğundurlar, lakin, qərarlı şəkildə davam edirlər. Silifkedəki yanğın getdikcə azalır. Adanada bütün yanğınlar nəzarət altına alınıb. Orada baş verən üç yanğının hamısı təhlükəli idi.
Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik.
Bu gün havanın rütubəti 10 faizə enəcək. Daha da diqqətli olmalıyıq. Ən qısa zamanda bütün yanğınları nəzarət altına alacağıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin