İsrail 6 milyonluq peyvəndi məhv edəcək

09:00 - 1 Avqust 2021

İsrail 6 milyonluq peyvəndi məhv edəcək

İsrail, avqustun 1-də gecə yarısı istifadə müddəti bitən 80 min ədəd COVID-19 əleyhinə vaksini məhv etmək niyyətindədir.

Bu barədə Manset.az İsrail Səhiyyə nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Pfizer-BioNTech” tərəfindən hazırlanan vaksinlərin təxmini dəyəri 6 milyon şekeldir (1,8 milyon ABŞ dolları).

Bildirilib ki, İsrail dövləti, məhsulun son istifadə tarixlərini nəzərə alaraq peyvənd ehtiyatlarına nəzarət edir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin