Mariya Zaxarova Londondakı azərbaycanlı həmkarlarına dəstək verdi

23:54 - 5 Avqust 2022

Mariya Zaxarova Londondakı azərbaycanlı həmkarlarına dəstək verdi

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb”.

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

“Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür, heç kim xəsarət almayıb”, - Zaxarova bildirib.

O vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır, bütün dünyada diplomatların rahat işini təmin edir. Belə hadisələr adi hal deyil.

“Vyana Konvensiyasının 1961-ci il Diplomatik Münasibətlər haqqında 22-ci maddəsinin 2-ci bəndinin mətnini sizə xatırladım.

(Diplomatik korpusu-red) Qəbul edən dövlətin xüsusi vəzifəsi var ki, nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədədən qorumaq və nümayəndəliyin dincliyinin pozulması və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısının alınması üçün bütün lazımi tədbirləri görsün”.

Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniyanın hakimiyyət orqanlarına və polisə sual olunur: Siz harada olmusunuz? Assanj xüsusilə Ekvador səfirliyində mühafizə olunurdu”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikirlərini yekunlaşdırıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin