Liderlərin adlarını dəyişdilər: Boris Conson-Boris Cins, Makron-Makaron, Olaf Şols...

23:47 - 5 Avqust 2022

Liderlərin adlarını dəyişdilər: Boris Conson-Boris Cins, Makron-Makaron, Olaf Şols...

Rusdilli "Vikipediya"nın naməlum istifadəçisi beynəlxalq klub haqqında yazdığı məqalədə "Yeddilik Qrupu"nun (G7) liderlərinin adlarını istehza ilə dəyişib. 

Manset.az xəbər verir ki, istifadəçi Böyük Britaniyanın baş naziri Boris Consonu Boris Cins, Almaniya kansleri Olaf Şolsu qar adamı Olaf, Kanadanın baş naziri Castin Trüdou Castin Biber, Fransa prezidenti Emmanuel Makronu Emmanuel Makaron, İtaliya lideri Mario Draqini isə Mario Jevels kimi adlandırıb.

ABŞ prezidenti Co Bayden naməlum istifadəçi versiyasında Jogernaut Biden ləqəbini alıb. Juggernaut, Marvel Kainatının super canisidir.

Redaktələrin müəllifi Yaponiyanın baş naziri Fumio Kişidadan da yan keçməyib: o, soyadını Quesadillaya çevirib.

Redaktə tarixçəsindən belə məlum olur ki, istifadəçi avqustun 5-də saat 10:13 və 10:17-də rusdilli “Vikipediya”da “Böyük yeddilik” məqaləsinə dəyişiklik etsə də, tezliklə onun İP-si bloklanıb və moderatorlar bütün məqaləni ləğv ediblər. 

Bundan əvvəl Belçika Xarici İşlər Nazirliyinin yeni rəhbərinin Krıma səfəri ilə bağlı məlumat Vikipediyadan silinib .


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin