Ərdoğan-Putin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edildi

22:21 - 5 Avqust 2022

Ərdoğan-Putin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edildi

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra birgə bəyanat qəbul edilib.

Manset.az Kremlin.ru-ya istinadən xəbər verir ki, danışıqların yekunlarına dair bəyanatda mövcud regional və qlobal çağırışlara baxmayaraq, liderlərin Rusiya-Türkiyə münasibətlərini hörmət, qarşılıqlı maraqların tanınması və beynəlxalq öhdəliklərə uyğun olaraq daha da inkişaf etdirmək üçün ümumi iradələrini bir daha təsdiq etdikləri bildirilib.

Həmçinin qeyd edlib ki, ikitərəfli ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq, iqtisadiyyat və enerji sahələrində əks tərəfin gözləntilərini qarşılamaq, nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir ki, hər iki ölkənin gündəmində olan məsələlər üzrə əməkdaşlığı artırmaq üçün konkret addımların atılması barədə razılıq əldə olunub.

Liderlər regional və beynəlxalq sabitliyə nail olmaq üçün Rusiya ilə Türkiyə arasında səmimi və etibarlı münasibətlərin əhəmiyyətini vurğulayıblar.
Bu kontekstdə dövlət başçıları Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına dair təşəbbüsün reallaşdırılmasında iki ölkə arasındakı konstruktiv əlaqələrin mühüm rolunu etiraf ediblər.

Bəyanata əsasən, danışıqlarda qaldırılan məsələlər arasında Suriyadakı son hadisələr də olub. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər.

Görüş zamanı Liviyanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiqlik də bəyan edilib.

Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin