Karantin qaydalarını pozan restoran sahibi 10 gün həbs edildi

19:49 - 31 İyul 2021

Karantin qaydalarını pozan restoran sahibi 10 gün həbs edildi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Manset.az-a bildirdiyinə görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar

Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gun inzibati həbs edib.


 



Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin