Hərbçinin ölümü ilə bağlı cinayət işi BAŞLANDI

21:12 - 5 Avqust 2022

Hərbçinin ölümü ilə bağlı cinayət işi BAŞLANDI

Avqustun 5-də Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

Bu barədə Manset.az-a Kəlbəcər hərbi prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin