UEFA “Fənərbağça”nı cəzalandırdı

21:01 - 5 Avqust 2022

UEFA “Fənərbağça”nı cəzalandırdı

UEFA “Fənərbağça” ilə Kiyev “Dinamo”su arasındakı avrokubok matçında baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.

Manset.az xəbər verir ki, qurum İstanbul klubunun bir ev oyununu qismən tamaşaçılarsız (minimum 5000 yerlik) keçirməsinə qərar verib.

Bununla yanaşı, “sarı-lacivərdlilər” 50 min avro məbləğində cərimələniblər.

Qeyd edək ki, Kiyev “Dinamo”su ilə avrokubok matçında türkiyəli azarkeşlər tribunalardan Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirib ki, bu da qarşı tərəfin ciddi etirazlarına səbəb olub.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin