<

Meymunçiçəyi korluğa səbəb olur? - SENSASİON İDDİA

20:45 - 5 Avqust 2022

Meymunçiçəyi xəstəliyindən sonra görmə də daxil olmaqla, uzunmüddətli təsirlərin meydana çıxması ehtimal olunur. Virus gözlərə sirayət edərsə, insan tamamilə kor ola bilər.

Manset.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik-analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“İnfeksiyanın gözlərə yayılması nəticəsində buynuz qişanın iltihabı (keratit) inkişaf riski ola bilər, bu da onun bulanıqlaşmasına, xorasına, sonradan çapıqlaşmasına və nəticədə görmə qabiliyyətinin geridönməz itkisinə səbəb olacaq”, - Pşeniçnaya qeyd edib.

Misir Tanta Universitetinin tədqiqatçılarının istinad etdiyi məlumatlara görə, meymunçiçəyinə yoluxmuş hər on xəstədən birində korluq, hər beşindən birində fotofobi, hər üçdə birində konyunktivit yaranır. Xəstələrdə həmçinin fokal səpgilər, konyunktiva, keratit və buynuz qişanın xorası inkişaf edir.

MIPT-də əhalinin sağlamlıq göstəricilərinin təhlili və səhiyyənin rəqəmsallaşdırılması laboratoriyasının rəhbəri Stanislav Ostavnov bildirib ki, meymunçiçəyi ilə əlaqəli buynuz qişanın infeksiyasının korluğa səbəb ola biləcəyi faktını Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib. Bundan əlavə, ÜST ensefalit, bronxopnevmoniya, qan zəhərlənməsini də ağır nəticələr adlandırır.


Xəbər xətti

19 Avqust 2022