Azərbaycan növbəti yanğın-xilasetmə qüvvələrini qardaş ölkəyə göndərir - SİYAHI

19:25 - 31 İyul 2021

Azərbaycan növbəti yanğın-xilasetmə qüvvələrini qardaş ölkəyə göndərir - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyəyə yola düşəcək.

FHN-dən Manset.az-a verilən məlumata görə, yanğın-xilasetmə qrupuna aşağıdakılar daxildir;

- 1 ədəd helikopter,

- 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları,

- 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin