Putin-Ərdoğan görüşü 3 saatdır davam edir - Yenilənir + Video

20:33 - 5 Avqust 2022

Putin-Ərdoğan görüşü 3 saatdır davam edir - Yenilənir + Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, görüş Soçidə “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında keçirilir.

***

Manset.az xəbər verir ki, Putin Ərdoğana Ukraynadan taxıl tədarükünə dair razılığa gəlməkdə göstərdiyi köməyə görə təşəkkür edib.

***

Ərdoğan Suriya məsələsinə diqqət çəkib: “Ümid edirəm ki, Suriya mövzusuna xüsusi diqqət yetirməyimiz bölgədəki vəziyyətə müsbət təsir edəcək”.

O qeyd edib ki, hazırkı görüş Türkiyə və Rusiyanın regionda oynadığı rolun müəyyənləşdirilməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Ərdoğanın sözlərinə görə, bu gün Soçidə əməkdaşlıq məsələlərində yeni səhifə açılacaq: “Burada söhbət enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələlərindən gedir”.

Türkiyə lideri terrorla mübarizədə Ankara ilə Moskva arasında əməkdaşlığın vacibliyinə də işarə edib.

***

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş 3 saatdır davam edir.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin