Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi - Video+Yenilənib

19:42 - 05 Avqust 2022

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi - Video+Yenilənib

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Manset.az xəbər verir ki, tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

***

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Azyaşlı qrup üzrə qaliblər:

I yer Həzrət Əzizli

II yer Fatimə Kərimova

III yer Sabir Ağayev.

Gənc xanəndələr arasında qaliblər:

I yer  Fuad Əzizadə

II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova

III yer Daşqın Kürçaylı və Vüqar Əbilov

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az