Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir - XƏBƏRDARLIQ

19:21 - 5 Avqust 2022

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir - XƏBƏRDARLIQ

Azərbaycan elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumlar gözlənilir.

Manset.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi(KİMM) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı iki gündür davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.

KİMM dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq-sayıq olmağa çağırır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin