Məşhur terrorçunun iki silahdaşı zərərsizləşdirildi

18:41 - 5 Avqust 2022

Məşhur terrorçunun iki silahdaşı zərərsizləşdirildi

Türkiyə Ağrı Doğubayazıtda təhlükəli terrorçu Murat Karailanın təyin etdiyi 2 terrorçu zərərsizləşdirilib.

Manset.az xəbər verir ki, Daxili İşlər Naziri Süleyman Soylu əməliyyatın təfərrüatlarını bu sözlərlə bölüşüb:

"Murat Karailan tərəfindən xüsusi tapşırıqla təyin olunmuş iki terrorçu bu gün Ağrı Doğubayazıtda sarı çantaya girdi. Polis Kəşfiyyatı, PÖH və Jandarma qəhrəmanlarımızı təbrik edirik. Tezliklə Amerika Karayılan üçün başsağlığı verəcək"-deyə nazir sosial media hesabında bildirib. 


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin