Dövlət Komitəsindən Londonda səfirlik binasına hücumla bağlı AÇIQLAMA

18:37 - 5 Avqust 2022

Dövlət Komitəsindən Londonda səfirlik binasına hücumla bağlı AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Londondakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlma yayıb.

Manset.az xəbər verir ki, açıqlamada deyilir: 

“Mütərəqqi islami dəyərlərə həqarətlə yanaşıb din adından sui-istifadə edənlərin heç bir mənəvi-əxlaqi, hüquqi normalara sığmayan hərəkətləri Azərbaycan cəmiyyəti, dini cameəsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən də qətiyyətlə pislənilir. 

Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. 

Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz.

Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar”. 


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin