Rusiya paytaxtında ağır yol qəzası baş verib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat verib.
Yeni Moskvanın Kiyev şosesinin 35-ci kilometrində mikroavtobus minik avtomobilinə çırpılıb. Nəticədə “Qazel”də olan 6 nəfər və minik avtomobilində olan 1 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı araşdırılma davam edir.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            