TƏBİB-dən jurnalist Ceyhun Əsgərovla bağlı AÇIQLAMA

18:10 - 5 Avqust 2022

TƏBİB-dən jurnalist Ceyhun Əsgərovla bağlı AÇIQLAMA

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o bildirib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin