Ağacların kəsilməsi faktı araşdırıldı

17:46 - 5 Avqust 2022

Ağacların kəsilməsi faktı araşdırıldı

Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb.

 

Manset.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub.

“Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin