<

“Bizə ayın sonuna qədər şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər

17:20 - 5 Avqust 2022

Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.

 

Manset.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.

Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib.

Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakini Ayk Xanumyan “Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib: “Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək”.


Xəbər xətti

19 Avqust 2022