Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı - FOTOLAR

14:52 - 5 Avqust 2022

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.

Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Daha əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan üç əməkdaşı vəzifədən kənarlaşdırılmışdı.

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin