Azad olunmuş ərazilərə gizli keçən şəxslər HƏBS EDİLDİLƏR

14:28 - 5 Avqust 2022

Azad olunmuş ərazilərə gizli keçən şəxslər HƏBS EDİLDİLƏR

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs ediliblər.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, idarələrində olan avtomobillə Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərən şəxslər aşkar ediliblər.

Həmin şəxslərə saxla işarəsi verilsə də, onlar polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq idarələrində olan avtomobillə qaçmağa cəhd göstəriblər.

Keçirilmiş tədbirlərlə həmin şəxslər saxlanılıb. Araşdırmalarla onların Fəqan Mirzəyev və Əli Ağalarov olduğu müəyyən olunub.

Adıçəkilən şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və qərara əsasən hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin