Yetkinlik yaşına çatmayan məhkumların sayı AÇIQLANDI

14:04 - 5 Avqust 2022

Yetkinlik yaşına çatmayan məhkumların sayı AÇIQLANDI

“Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Tərbiyə Müəssisəsində hazırda yetkinlik yaşına çatmayan 30 nəfər islah olunur”.

 

Manset.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova deyib.

O bildirib ki, hazırda cəzaçəkmə müəssisəsində olan məhkumlar 14-18 yaş aralığında olan yeniyetmələrdir:

“Yeniyetmələrin törətdiyi cinayətlər müxtəlifdir. Narkomaniya, oğurluq, dələduzluq, xuliqanlıq, sağlamlığa qəsdən zərərvurma, qəsdən adamöldürmə kimi cinayətlərdən cəza çəkənlər var.

Hazırda burada cəza çəkən yeniyetmələrdən cəzası ən çox olanı 10 ildir. O, söyüş üstündə adam öldürdüyünə görə məhkum olunub. 18 yaşa qədər cəza müddəti bitənlər buradan azadlığa çıxırlar, kimlərinsə cəza müddəti qalırsa, onlar böyüklər üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin