20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
13:41 - 5 Avqust 2022
Bu ilin iyun-iyul aylarında Rusiyanın Stavropol diyarından Azərbaycana 27,6 min ton taxıl ixrac edilib.
Manset.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə ölkə Stavropol diyarında becərilən taxılın alışına görə birinci yerdə qərarlaşıb.
Cari ilin iyunundan avqustun əvvəlinədək “Rosselxoznadzor”un Şimali Qafqaz Regionlararası İdarəsi tərəfindən Stavropoldan ixrac üçün nəzərdə tutulan 38 066 min ton taxıl məhsulunun daşınmasına nəzarət tədbirləri keçirilib.
Ümumilikdə Stavropol diyarından birbaşa olaraq 36 504 min ton taxıl ixrac edilib. Ən çox məhsul tədarükləri Azərbaycanın – 27 607 min ton (buğda və qarğıdalı), Belarusun – 7 926 min ton (kolza) və Gürcüstanın – 780 min ton (buğda və darı) payına düşüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin