Makqreqordan Şvartseneggerə qeyri-adi doğum günü təbriki - FOTO

12:57 - 5 Avqust 2022

Makqreqordan Şvartseneggerə qeyri-adi doğum günü təbriki - FOTO

Qarışıq döyüş növləri üzrə irlandiyalı ikiqat UFC çempionu Konor Makqreqor dünyaca məşhur aktyor və bodibilder Arnold Şvartseneggeri ad günü münasibətilə təbrik edib.

 

“I'll be back! (“Mən geri qayıdacağam!”) İnsanlıq adına. Mən qayıtmalıyam. Ad günün mübarək. Ümid edirəm ki, siz mənim sağalmağım, işim və meydandakı son hərəkətimlə fəxr edirsiniz”, – deyə Makqreqor sosial şəbəkələrdə yazıb.

Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Porye ilə olub. Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.

Qeyd edək ki, “I'll be back!” (“Mən geri qayıdacağam”) - “Terminator” filmindəki T-800 “android”in Arnold Şvartsenegger tərəfindən tələffüz edilən məşhur ifadəsidir. Bu ifadə AFI-nin (Amerika Film İnstitutu) “100 ildə Amerika filmlərindən 100 məşhur sitat” siyahısında 37-ci yerdədir.

Sonradan bu ifadə bir çox filmlərdə Şvartseneggerin özü və başqa aktyorlar tərəfindən istifadə olunub.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin