Cüneyt Çakır hakimliyi buraxdı

12:40 - 5 Avqust 2022

Cüneyt Çakır hakimliyi buraxdı

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi FİFA referisi Cüneyt Çakırın gənclərlə işləmək üçün aktiv hakimlik fəaliyyətini dayandırdığını açıqlayıb.

 

Manset.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, TFF prezidenti bu barədə  qatıldığı proqramda danışıb.

O, bildirib ki, FİFA lisenziyasına malik hakimlərdən Cüneyt Çakırın xaricdən çoxlu təkliflər almasına baxmayaraq karyerasını Türkiyədə bitirmək istədiyini bildirib:

"O, bizə çoxlu təkliflər aldığını bildirdi. Amma Türkiyənin verdiyi imkanlarla hakimlik karyerasına başladığını və bunu Türkiyədə bitirməyi düşündüyünü dedi. Növbəti dövrdə aşağı kateqoriyalar üzrə hakimlərə təlim keçmək istəyir. Yeni Cüneyt Çakırları yetişdirmək niyyətindədir. Beləliklə, bu cəmiyyətə töhfə vermək istəyir".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin